Milli mətbəx

 Azərbaycanın zəngin və çeşidli mətbəxi, yüksək qonaqpərvərlik ənənələri vardır. Ta qədimdən ət və ərzaq məhsulları

Paxlava Qozlu Ordubad dürməyi Şəkərbura

 varlılıq əlaməti sayılıb. Süfrələr nə qədər zəngin bəzədilsəydi ilin o qədər bərəkətli, məhsuldar olduğu bilinərdi. Dünyada olan 11 iqlim qurşağından 7-nin muxtar respublikada olması, zəngin flora və fauna, coğrafi mövqeyi Naxçıvan mətbəxinin zəngin olmasına təsir edən amillərdir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də vardır. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. 

         Azərbaycanda, həmçinin Naxçıvanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Elə buna görədir ki, çörəyin çeşidli növləri var: kağız kimi incə təndir lavaşı, qalın, dəstana, kömbə və sair. 

         Naxçıvan mətbəxində parça bozbaş, küftə bozbaş, çölmək pitisi, bozartma, çığırtma, dolma, kabab, xaş, əriştə, umac və s. geniş rast gəlinir. Burada yeməklərin şahı plov hesab edilir. Plovun əsas hissəsi düyüdür. Plovun «qarası» isə növbənöv olur və qoyun, mal, toyuq ətindən, çərəzdən (qoz, fındıq, şabalıd), meyvə qurularından(ərik, gavalı, alça və s.), göyərtilərdən və sair istifadə etməklə hazırlanır. 

         Naxçıvan mətbəxi xəmir xörəkləri ilə də məşhurdur: əriştə aşı, umac aşı, buğda unu və düyü unundan hazırlanmış halvalar, xəşil, quymaq və sair. 

         Süd və süd məhsullarından hazırlanan südaşı, bulama, qatıqaşı, qatıqlama,dovğa, ayranaşı, qurutaşı və sairənin Naxçıvan mətbəxində xüsusi yeri var. 

         Azərbaycanda kabablar geniş yayılıb.Naxçıvanda lülə kabab, tikə kabab, basdırma kabab, tava kabab, saciçi və sair kabab növləri bişirilir. 

         Kabab  adətən qoyun və mal ətindən, həmçinin quş ətindən də çəkilir. 

         Naxçıvan göl və çaylarında müxtəlif növ balıqlar yaşayır və Naxçıvan mətbəxində balıq yeməklərinin öz yeri var: balıq kababları, qızartmaları, balıq basdırması və sairə. 

         Naxçıvan mətbəxi yeməklə bərabər cürbəcür şərbətlər, meyvə şirələri, şorabalar, salatlarla zəngindir. 

         Adətən yeməkdən sonra süfrəyə müxtəlif şirniyyatlar, mürəbbələrlə çay verilir. 

         Naxçıvanın özünəməxsus şirniyyatlarından Ordubad qayqanağı və paxlavası, şəkərbura, növbənöv kətələr, bükmələr və sair geniş yayılıb. 

         Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsidir ki, bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər.Bu da öz növbəsində həmin məhsullardan hazırlanmış yeməklərin, şirniyyatların, şərbət və şirələrin dadlı və ləziz olmasına səbəb olur.

“Naxçıvan mətbəxi” adlı kitab Ali məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən hazırlanmışdır.
Kitab girişlə birlikdə 34 bölmədən ibarətdir. Kitabda regionumuzda qida kimi istifadə edilən yabanı və mədəni bitkilər, duru və quru xörəklər, içkilər, ədviyyatlar, şirniyyatlar, tədarüklər, habelə, yerli əhalinin istifadə etdiyi qab və məişət əşyaları, deyimləri, ocaqları, mətbəxlərlə bağlı folklor nümunələri və s. haqqında məlumatlar yer alıb. Bu məlumat çoxsaylı rəngli şəkillərlə müşayiət olunur.
 Kitab, Azərbaycan, İngilis dillərində 2012-ci ildə “Əcəmi” Nəşriyyatı-Poliqrafiya Birliyində nəşr olunmuşdur.

 

     
Arzuman küftə Ciyər kabab Cücə kabab
     
Cızbız Dolma kabab Kələm dolması
     
Yarpaq dolması Toyuq şorbası Piti
     
Göy kükü Xaş Küftəbozbaş
     
Soyutma Lülə kabab Ovdux
     
Parça bozbaş Toyuq kabab Tava kabab
     
Tikə kabab Toyuq plov Qutab
     
Şərbətlər Qızılgül mürəbbəsi Qoz mürəbbəsi
     
Limon şərbəti Ərik mürəbbəsi Qarpız mürəbbəsi